Azərbaycanda yeni startapların sayı 250-yə çatdırılacaq
2029-cu ilə qədər Azərbaycanda yeni startapların sayının 250-ə çatdırılması planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya"da öz əksini tapıb.
Sənədə əsasən, yeni startapların sayı 2026-cı ildə 30, 2027-ci ildə 80, 2028-ci ildə isə 155 olmalıdır.
18:48 10.12.2025
Oxunuş sayı: 1273