Hikmət Hacıyev Armen Qriqoryanla birgə müsahibəyə həsr olunmuş paylaşım edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birgə "Euronews"a verdikləri müsahibənin linkini paylaşıb.
Crossmedia.az xəbər verir ki, "Euronews"a verdikləri eksklüziv müsahibədə Azərbaycan və Ermənistanın yüksəksəviyyəli nümayəndələri vaxtilə ağlasığmaz sayılan sülh prosesinin sabitlik və iqtisadi dəyişikliklər üçün birgə strategiyaya necə çevrildiyini ictimaiyyətə açıqlayıblar.
Armen Qriqoryan və Hikmət Hacıyev ilk dəfə olaraq birlikdə çıxış edərək, 2020-ci ildə başlanan sülh prosesinin "geridönüşü olmayan" olduğunu və artan etimada əsaslandığını bəyan ediblər", - məqalədə vurğulanır.
17:05 10.12.2025
Oxunuş sayı: 1083