Azad olunan ərazilərin bərpası üçün 2021-ci ildən 25 milyard manatdan çox vəsait ayrılıb
Bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Cənab Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda sürətli bərpa-quruculuq işləri görülür.
Crossmedia.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında 2026-cı il dövlət büdcəsi zərfinə daixl olan qanun layihələrinin müzakirəsi zamanı deyib.
Baş nazir bildirib ki, ümumilikdə, 2020-ci ildən bəri 2026-cı ildə daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılmışdır (2026 - 3.5 mlrd.manat):
“Bu vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinə yönəldilmişdir ki, iqtisadiyyatımız üçün yaradacağı əlavə dəyər orta və uzunmüddətli dövrdə gözlənilir. Bunları nəzərə almalıyıq”.
11:57 09.12.2025
Oxunuş sayı: 1139