Yeni ildə əfv gözlənilirmi?- Açıqlandı
Adətən xüsusi günlər, o cümlədən Yeni il ərəfəsində Prezident İlham Əliyevin müvafiq fərmanı ilə sərəncamı əfv həyata keçirilir. Azərbaycandan humanist dəyərlərin qorunması, cəmiyyətin sosial ədalət duyğusunun gücləndirilməsi, habelə insanların gələcəyə inamının artırılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu kontekstdə əfv institutu xüsusi yer tutur və hüquqi mexanizm kimi dövlət-vətəndaş münasibətlərinin humanist əsaslar üzərində qurulduğunu bir daha nümayiş etdirir.
İndi, yeni il ərəfəsində növbəti əfvlərin olunması maraq doğurur.

Bu barədə Crossmedia.az-a danışan Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Rəşad Məcid deyib ki, əfv məsələləri üzrə Azərbaycan Respublikası Prezidentinin yanında fəaliyyət göstərən Komissiya adətən yanvar ayından işinə başlayır: "Komissiyanın iclaslarının sayı təxminən on olur, lakin bu, daxil olan müraciətlərin sayından asılı olaraq dəyişir. Komissiyaya daxil olmuş müraciətlər araşdırılır və müsbət rəy verilmiş müraciətlər Azərbaycan Respublikasının Prezidentinə təqdim olunur. Əfv məsələləri cənab Prezidentin müstəsna səlahiyyətidir. İl ərzində Komissiyanın katibliyində daxil olan müraciətlər qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılır, sənədlər hazırlanır və Komissiyanın iclaslarında müzakirə olunur. Yəqin ki, bu il də əvvəlki illərdə olduğu kimi Komissiya işinə yanvar ayında başlayacaq. Komissiyanın iş qrafikindən asılı olaraq sənədlərin cənab Prezidentə təqdim olunması Novruz bayramına və ya bəlkə, may ayına təsadüf edə bilər".
Elmir Heydərli
11:40 09.12.2025
Oxunuş sayı: 1328