Rəşt-Astara dəmir yolunun tikintisinə gələn ildən başlanacaq
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisinə gələn ildə başlanacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran sözügedən dəmir yolunun tikintisi ilə əlaqədar Azərbaycan və Rusiya ilə yaxından əməkdaşlıq edir.
Əraqçi bildirib ki, hazırda tikintiyə başlamaq üçün hazırlıq işləri aparılır. Artıq işlərin 50%-i tamamlanıb. (trend)
14:13 08.12.2025
Oxunuş sayı: 1081