Dilçilik İnstitutunun direktoru: Azərbaycan dilində rəsmi üslub kritik vəziyyətdədir
Azərbaycan dilində rəsmi üslub bərbad gündədir.
Crossmedia.az-ın məlumatına görə, bunu Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bununla bağlı adi bir ərizə nümunəsinini misal göstərmək kifayətdir:
"Yazıb sizə bildirirəm ki… Bu, nə dərəcə doğrudur? Buna da yenidən baxılmasını məqbul hesab edirəm".
12:25 08.12.2025
Oxunuş sayı: 1183