Bakıda Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans keçirilir
Bakıda "2025-ci il Konstitusiya və Suverenlik ili" çərçivəsində "Heydər Əliyev - Suveren Azərbaycanın Konstitusionalizminin və parlamentarizminin banisi" mövzusunda beynəlxalq konfrans keçirilir.
Crossmedia.az xəbər verir ki, konfrans MDB PA İştirakçısı olan Dövlətlərdə Demokratiyanın, Parlemtarizmin İnkişafının və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının təşkilatçılığı ilə baş tutur.
Tədbirdə MDB PA iştirakçısı dövlətlərin və Azərbaycan Milli Məclisinin deputatları, Mərkəzi Seçki Komissiyasının üzvləri, siyasi ekspertlər, ictimaiyyət və media nümayəndələri iştirak edirlər.
11:33 08.12.2025
Oxunuş sayı: 995