İran XİN başçısı Azərbaycana səfərə yola düşüb - YENİLƏNİB
İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb.
Crossmedia.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfir Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai Tehranda keçirdiyi mətbuat konfransında deyib ki, ölkəsi Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına böyük önəm verir. Onun sözlərinə görə, rəsmi Tehran Cənubi Qafqazda sülhün və əmin-amanlığın dayanıqlı olmasında maraqlıdır.
19:50
İran xarici işlər naziri Abbas Araqçi Azərbaycana səfərə yola düşüb.
Crossmedia.az xəbər verib ki, Abbas Araqçi bu barədə paylaşım edib.
Qeyd edək ki, səfər çərçivəsində Abbas Araqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək, iki ölkə arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparılacaq.
20:05 07.12.2025
Oxunuş sayı: 1516