İran XİN: “Danışıqların canlanması ABŞ-nin mövqeyindən asılıdır”
İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Tehran nüvə məsələləri ilə bağlı ABŞ administrasiyası ilə danışıqları bərpa etməyə hazırdır. O, Yaponiyanın Kyodo agentliyinə müsahibəsində prosesin gələcəyinin “tam olaraq ABŞ-nin yanaşması və qərarından asılı olduğunu” vurğulayıb.
Crossmedia-az- xarici KİV-ə istinadən xəbər verir.
Nazirin sözlərinə görə, iyunda ABŞ və İsrailin hücumu nəticəsində zədələnmiş bəzi İran nüvə obyektləri və ətraf ərazilər radioaktiv çirklənməyə məruz qalmış ola bilər. Əraqçı bunun Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) yoxlamalarının bərpasında çətinlik yarada biləcəyini qeyd edib.
Tehran hazırda danışıqlara qayıtmağa açıq olduğunu bildirir, lakin prosesin irəliləməsi üçün Vaşinqtonun mövqeyi həlledici sayılır.
17:58 07.12.2025
Oxunuş sayı: 1532