Azərbaycanla Rumıniya arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Azərbaycanın Rumıniyadakı səfiri Qudsi Osmanov Rumıniyanın Timişoara şəhərinə səfər edib, şəhər meri və hakim koalisiada olan “Rumıniya Xilaskərlar Birliyi” (USR) partiyasının sədri Dominik Frits ilə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Rumıniyadakı Səfirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Xəbərə görə, görüşdə mümkün əməkdaşlıq imkanları, Timişoara ilə Azərbaycan arasında yeni əlaqələrin qurulması və ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub.
Səfir Qudsi Osmanov şəhərin multikultural xarakterini, beynəlxalq əməkdaşlığa açıqlığını, gənclərin ictimai həyatda fəallığını və özünəməxsus, unikal memarlığını vurğulayaraq, bunun 2023-cü ildə Timişoaranın Avropanın Mədəniyyət Paytaxtı statusu alması, beynəlxalq səviyyədə tanınması və onun mədəni potensialının önə çıxmasına mühüm töhfə verməsini qeyd edib.
O, Azərbaycan ilə Rumıniya əlaqələrinə toxunaraq, iki ölkənin regionları arasında əməkdaşlığının qarşılıqlı faydasından danışıb.
Mer Dominik Frits Timişoaranın “şəhər diplomatiyası” konsepsiyasına sadiqliyini və Azərbaycanla münasibətlərin möhkəmləndirilməsində marağını ifadə edib.
Rumıniyada dövlət səviyyəsində qeyd olan Milad Bayramı və bu ölkədə qeyd olan Müqəddəs Nikolay günü ərəfəsində səfir XX əsrin ortalarında Timişoarada inşa olunmuş və Rumıniyanın ən mühüm dini məbədlərdən biri olan “Müqəddəs Üç Hiyerarx” kilsəsini ziyarət edib.
Bundan əlavə, Qüdsi Osmanov Timişoara Bələdiyyə Sosial Yardım İdarəsinin tabeliyində olan "Inokentsiu Klein" “Qocalar Evi”ni də ziyarət edib.
16:25 06.12.2025
Oxunuş sayı: 1128