Hikmət Hacıyev və Qətər rəsmisi regional məsələləri müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətər Əmirinin milli təhlükəsizlik üzrə müşaviri, Məhəmməd bin Əhməd əl-Misnəd ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.
Bildirilib ki, görüş zamanı ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq inkişaf müzakirə olunub.
12:44 06.12.2025
Oxunuş sayı: 3921