Əli Kərimli və dəstəsi ifşa olunur: bu, Milli Şuranın fiaskosudur - Deputat
Müstəqillik yolunda qərarlı addımlarla irəliləyən Azərbaycan bu gün regionun geosiyasi mənzərəsində mühüm rol oynayan, strateji təşəbbüsləri ilə beynəlxalq sistemdə öz mövqeyini möhkəmləndirən dövlətə çevrilmişdir. Tarixi ədalətin bərpası, ərazi bütövlüyünün təmin olunması, suveren hüquqların qorunması kimi fundamental məsələlərdə əldə edilən uğurlar ölkəmizin dövlətçilik ənənələrinin gücünü, siyasi institutlarının dayanıqlığını və xalq-iqtidar birliyinin möhkəmliyini təsdiqləməkdədir.
Azərbaycanın regionda yaranmış yeni reallıqların formalaşdırılmasında oynadığı aparıcı rol, iqtisadi, siyasi və hərbi sahələrdə qazandığı nailiyyətlər, dövlətin dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasına imkan yaratmışdır. Bununla yanaşı, milli maraqlara zidd mövqedə dayanan, ölkənin sabitliyini və inkişafını hədəf alan qrupların fəaliyyətinin ifşa olunması, onların xarici anti-Azərbaycan dairələrlə əməkdaşlıq cəhdlərinin üzə çıxarılması dövlət təhlükəsizliyi sahəsində qətiyyətli mövqeyin təzahürüdür. Cinayətkar fəaliyyətlərin araşdırılması, gizli anlaşmaların aşkara çıxarılması və bu addımların hüquqi qiymətləndirilməsi yalnız dövlətin gücünü deyil, həm də milli birliyin sarsılmazlığını ortaya qoyur.
Hadisələrin gedişi sübut edir ki, Azərbaycanın müstəqil siyasəti, xalqın dövlətçilik iradəsi və milli həmrəyliyi elə bir səviyyədədir ki, hər hansı təxribat, sabotaj və ya daxili pozğunluq cəhdləri uğursuzluğa məhkumdur. Əminliklə demək olar: bugünkü dövlət idarəçiliyi, siyasi sabitlik və cəmiyyətin həmrəyliyi Azərbaycan dövləti üçün uzunmüddətli inkişafın, təhlükəsizliyin və tərəqqinin əsas təminatıdır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"MDB-də münaqişəyə məruz qalan dövlətlər arasında ərazi bütövlüyü və suverenliyini ilk bərpa edən Azərbaycanın uğurlarını sadəcə bir sıra xarici qüvvələr deyil, milli satqınlar da həzm edə bilmirlər. Xaricdən gələn tapşırıqları icra edən Ramiz Mehdiyev və onun əlatıları olan Əli Kərimli və dəstəsi artıq ifşa olunur, istintaq qarşısında cavab verirlər. Bu həmçinin Milli Şuranın fiaskosu deməkdir.
Xəyanətkar qurupun gizli görüşləri, məxfi məlumat mübadiləsi və təbii ki, reallaşdırılmayan planlar bir daha təsdiq edir ki, milli antiünsürlər hər vəclə Azərbaycanın inkişafının qarşısını almağa uğursuz cəhd ediblər. Güclü Azərbaycan hakimiyyəti və möhkəm xalq-iqtidar birliyi məhz həmin məkirli planların reallaşmasına imkan vermədi və anti-milli qüvvələr əmin olunslar ki, gələcəkdə də istənilən belə addımların qarşısı qətiyyətlə alınacaq.
Deputat həmçinin xəyanətkarlıq işində diqqəti çəkən məqamlardan birinin də özünü Qərbyönümlü təqdim edən qüvvələrin Rusiya ilə işbirliyinin olduğunu qeyd edib:
"Necə olursa-olsun hakmiyyətə gəlmək və Azərbaycanı yenidən anarxiyaya sürükləmək istəyi bu milli ünsürlərin fərqli cəbhələr ilə əməkdaşlıq etməkdən çəkindirməyib. Xəyanət isə artıq ifşa edilib. Hüquq bu əməllərin qiymətini verəcək".
Elmir Heydərli
11:32 06.12.2025
Oxunuş sayı: 2360