Dörd Avropa dövləti Avroviziyanı boykot edir
İsrailin 2026-cı il Avroviziya Mahnı Müsabiqəsinə qatılmasına icazə verilməsi bir neçə ölkənin kəskin reaksiyasına səbəb olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, qərardan dərhal sonra İrlandiya, İspaniya, Sloveniya və Hollandiya müsabiqəni rəsmi şəkildə boykot etdiklərini açıqlayıblar.
Məlumata görə, adıçəkilən ölkələr İsrailin yarışmada iştirakının humanitar vəziyyətlə ziddiyyət təşkil etdiyini bildirirlər. Onların fikrincə, Avropa Yayım Birliyi bu qərarla təşkilatın dəyərlərini sual altına qoyub.
Boykot qərarı Avroviziyanın gələcək formatı və iştirakçı ölkələrin mövqeləri ilə bağlı yeni müzakirələrə səbəb olub.
18:20 05.12.2025
Oxunuş sayı: 2039