Finlandiya Rusiyadan nota aldı
Finlandiya Xarici İşlər Nazirliyi Rusiyadan 1972-ci il enerji sazişinin Vuoksi çayı üzərindəki su elektrik stansiyaları ilə bağlı 3 və 4-cü maddələrinin ləğvi barədə nota alıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Rusiya hökuməti bu maddələrin birtərəfli qaydada xitam verildiyini bildirərək, Finlandiyanın artıq kompensasiya edilmiş elektrik enerjisi almaq hüququnun qalmadığını açıqlayıb.
Finlandiya XİN daha əvvəl Moskvanın barışmaz mövqeyindən narazılığını ifadə etmişdi.
Nəzrin Abbas
17:47 03.12.2025
Oxunuş sayı: 3304