Makron Çinə rəsmi səfər edib
Fransa Prezidenti Emmanuel Makron çərşənbə günü üç günlük dövlət səfəri üçün Çinə gəlib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Bildirir ki, səfərin əsas məqsədi iqtisadi və ticarət əməkdaşlığını genişləndirmək, həmçinin Pekini Rusiyaya Ukraynada atəşkəs üçün təzyiq göstərməyə cəlb etməkdir.
Makronun administrasiyasının məlumatına görə, Fransa lideri “dayanıqlı və qarşılıqlı faydalı iqtisadi artım” təmin etməyə yönəlmiş əməkdaşlıq gündəliyini müdafiə edəcək. Paris Çin şirkətlərindən daha çox investisiya cəlb etməyi və Fransa məhsullarının Çinə girişini asanlaşdırmağı hədəfləyir.
Nəzrin Abbas
16:05 03.12.2025
Oxunuş sayı: 602