Kobaxidze: Mogerini qalmaqalı Avropada korrupsiyanın ciddi problem olduğunu göstərir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Belçika polisi Avropa İttifaqının (Aİ) Xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Federika Mogerini ətrafında baş verən korrupsiya qalmaqalı Avropa bürokratiyasında korrupsiyanın əsas problemlərdən biri olduğunu bir daha nümayiş etdirir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onun sözlərinə görə, Mogerini ilə bağlı aparılan istintaq Avropa idarəçiliyində korrupsiya hallarının mövcudluğunu sübut edən növbəti faktdır.
Fatimə Məmmədova
15:50 03.12.2025
Oxunuş sayı: 826