Sabah hava şəraiti yolların görünüş məsafəsinə təsir edəcək
Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, dekabrın 4-də bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq. Hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
14:51 03.12.2025
Oxunuş sayı: 499