Norveç NATO aviabazasını bağlayıb
Norveçin şimalındakı Andoya adasındakı NATO aviabazasının komandiri texniki səbəblərdən bazanı bağlamaq qərarı verib.
Crossmedia.az bu barədə xarici Kİv-ə istinadən xəbər verir.
Məlumata görə, baza komandiri polkovnik-leytenant Oystein Dahlberg bildirib ki, uçuş-enmə zolağındakı beton çatlar və torpaq eroziyası uçuşların mümkünlüyünü əngəllədiyindən obyekt istifadəyə yararsız olub. “Taksi yolları da bağlıdır, anqar əraziləri faktiki olaraq kəsilib. Uçuş-enmə zolağı düşündüyümüzdən də pis vəziyyətdədir”, – deyə Dahlberg əlavə edib.
Baza, NATO-nun “Soyuq Cavab” təlimləri və digər müttəfiq fəaliyyətlər üçün artıq istifadə edilə bilmir.
Qeyd edək ki, Norveç bundan əvvəl Ukrayna üçün Prioritized Ukraine Requirements List (PURL) təşəbbüsü çərçivəsində ABŞ silahlarının alınmasına 500 milyon dollar ayıracağını açıqlamışdı.
Nəzrin Abbas
13:56 03.12.2025
Oxunuş sayı: 678