Əmək və sosial məsələlər üzrə üçtərəfli komissiyanın yaradılması təklif olunur
Azərbaycanda əmək və sosial məsələlər üzrə üçtərəfli komissiyanın yaradılması təklif olunur.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.
Bildirilib ki, sosial-əmək münasibətlərinin tənzimlənməsinə dəstək vermək, sosial sabitliyi qorumaq, kollektiv danışıqların aparılması və Baş kollektiv sazişin layihəsinin hazırlanması üzrə işləri əlaqələndirmək, sosial təminat sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı məsləhətləşmələr aparmaq və tərəflərin mövqelərini razılaşdırmaq məqsədilə tərəflərin hüquq bərabərliyi prinsipi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), həmkarlar ittifaqlarının və işəgötürənlərin ümumrespublika (respublika) birliklərinin birgə qərarı ilə bərabər sayda səlahiyyətli nümayəndələrindən ibarət daimi fəaliyyət göstərən əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya yaradılır.
13:15 03.12.2025
Oxunuş sayı: 700