Ceyhun Bayramov Avstriyaya rəsmi səfər edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 3-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə Crossmedia.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 4-5 dekabr tarixlərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
12:03 03.12.2025
Oxunuş sayı: 614