WUF13-də Azərbaycana 25 mindən çox iştirakçının gələcəyi gözlənilir
"BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı ölkəyə 25 mindən çox iştirakçının gələcəyi gözlənilir".
Crossmedia.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini, WUF13-ün Milli kordinatorun müavini Gülşən Rzayeva Türk Dövlətləri Təşkilatının Xəritəçəkmə Qurumları Rəhbərlərinin 2-ci Toplantısında deyib.
O qeyd edib ki, iştirakçılar arasında həm yerli, həm də xarici qonaqların iştirakı proqnozlaşdırılır:
"Regional iştirak baxımından əvvəlki forumlarda ən çox iştirakçının Afrikadan olduğu görülür. Ümumilikdə regional təmsilçilik çox rəngarəngdir və biz ümid edirik ki, bu dəfə də ölkələr forumda aktiv iştirak edəcək".
11:47 03.12.2025
Oxunuş sayı: 747