Gürcüstan Cənub Qaz Dəhlizi ilə bağlı Azərbaycanla danışıqlara başlayır
Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin Cənub Qaz Dəhlizi üzrə Azərbaycanla danışıqlar aparacağını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Tbilisi və Bakı arasında mövcud dostluq münasibətləri prosesin konstruktiv ruhda keçəcəyinə zəmin yaradır:
“Dostluğumuzu nəzərə alaraq əminəm ki, danışıqlar çox səmimi və konstruktiv olacaq. Nəticələri gözləyək əvvəlcədən fikir bildirmək düzgün olmazdı. Səmimi məsləhətləşmələr aparacağıq və iki ölkə arasında müvafiq razılaşmanın əldə olunacağına ümid edirik”, - deyə Kobaxidze vurğulayıb.
Sevinc Yarməmmədova
15:02 02.12.2025
Oxunuş sayı: 928