Kongoda 2 milyon dollarlıq piyada körpüsü açılış günü uçub
Kongo Demokratik Respublikasında 2 milyon dollar dəyərində piyada körpüsü açılış günü çöküb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, körpü böyük kütlənin ağırlığını daşıya bilməyib. Layihə və tikinti işlərini ölkə prezidentinə məxsus şirkət həyata keçirib.
Məlumata görə, bu, ölkədə ilk belə hadisə deyil. 2022-ci ildə ölkədə başqa bir körpü də lent kəsildikdən dərhal sonra çöküb.
Türkan Kərimli
15:15 02.12.2025
Oxunuş sayı: 978