TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ATƏT Parlament Assambleyasının 23-cü payız sessiyası çərçivəsində TÜRKPA-nın Baş katibi, səfir Ramil Həsənlə görüşüb.
Baş katib son bir ay ərzində həyata keçirilən fəaliyyət, üzv ölkələrin parlament sədrləri və xarici işlər nazirləri ilə keçirdiyi görüşlər haqqında məlumat verib. O, həmçinin noyabrın 30-da Qırğız Respublikasında keçiriləcək növbədənkənar parlament seçkilərinin müşahidəsinə hazırlıqlar haqqında sədri məlumatlandırıb. Baş katib əlavə edib ki, Bişkek və Oş şəhərlərində seçki prosesini izləyəcək TÜRKPA-nın üzv ölkələrinin parlamentariləri, TÜRKPA Beynəlxalq Katibliyinin nümayəndələri, eləcə də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının nümayəndələrindən ibarət beynəlxalq seçki müşahidə missiyası artıq formalaşdırılıb.
Numan Kurtulmuş Ramil Həsənə uğurlu fəaliyyətlərinə görə təşəkkürünü bildirib.
Görüşdə Baş katibi onun müavini Muhammet Alper Hayali və Komissiya katibi Aynurə Abutalıbova müşayiət ediblər.
07:17 19.11.2025
Oxunuş sayı: 1168