Azərbaycan Basketbol Liqası: "Abşeron Lions" "Gəncə"ni məğlub edib

Azərbaycan Basketbol Liqasının II turunda "Abşeron Lions" "Gəncə" ilə qarşılaşıb.
Crossmedia.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən qarşılaşma birincilərin 96:94 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" "Şəki"yə (92:68), "Ordu" isə "Quba"ya (96:68) qalib gəlib. Tura oktyabrın 12-də yekun vurulacaq.
21:39 10.10.2025
Oxunuş sayı: 807