Medvedev Ukraynaya xəbərdarlıq edib: Elə silah tətbiq edərik ki...

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna Prezidenti Vladimir Zelenskinin son açıqlamalarına cavab verib. O, bəyan edib ki, Moskva lazım gəldiyi təqdirdə elə silah tətbiq edə bilər ki, ondan hətta bomba sığınacaqları belə müdafiə rolunu oynaya bilməyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Medvedevin sözlərinə görə, Rusiya istənilən xarici təhdidə qarşı sərt cavab vermək gücünə və hərbi potensiala sahibdir. Onun fikrincə, Moskvanın donanmasında mövcud olan bəzi imkanlar zərbə gücünə görə ənənəvi müdafiə vasitələrini tamamilə təsirsiz hala gətirə bilər.
Rusiya rəsmisi vurğulayıb ki, təhlükəsizlik məsələlərində güzəştə getmək mümkün deyil və hər hansı hücum niyyətinə qarşı qətiyyətli cavab veriləcək.
Rəsmi Moskva bundan öncə də dəfələrlə bəyan edib ki, ölkənin təhlükəsizliyi təhdid olunarsa, bütün mövcud vasitələrdən istifadə etməkdən çəkinməyəcək.
Zahid Məmmədli
15:10 25.09.2025
Oxunuş sayı: 3410