Turist qadının Türkiyə bayrağına hörmətsizliyi narazılıq doğurdu

Türkiyənin Kapadokiya bölgəsində bir turistin dövlət bayrağına qarşı hörmətsizlik göstərməsi ictimaiyyətdə ciddi narazılıq yaradıb. Hadisə sosial şəbəkələrdə geniş müzakirə olunub. Bundan əvvəl də xarici vətəndaşların məscidlərdə etik qaydalara zidd davranışları qeydə alınmışdı.
Crossmedia.az bildirir ki, dövlət rəmzlərinin təhqir edilməsi ciddi hüquqi nəticələr doğura bilər. Belə hallara görə turistlər deportasiya edilə, eləcə də ölkəyə girişlərinə qadağa qoyula bilər.
Mütəxəssislər qeyd edirlər ki, milli ənənələrə və dövlət rəmzlərinə hörmət göstərmək mədəniyyətin əsas qaydasıdır. Bayraq dirəyi barlarda istifadə olunan ştanq deyil.
Mehriban Yariyeva
11:03 21.08.2025
Oxunuş sayı: 1025