Putin ABŞ rəsmisinə orden təqdim etdi

Rusiya prezidenti Vladimir Putin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktor müavini Culliann Gallinaya “Cəsarət ordeni” göndərib. Orden Gallinanın oğlu Maykl Qlossun xatirəsinə təqdim olunub. O, Ukraynada Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşüb. Mükafat ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoff vasitəsilə çatdırılıb.
Crossmedia.az bildirir ki, bəzi müşahidəçilər bu addımı diplomatik jest kimi qiymətləndiriblər. Lakin CNN-in məlumatına görə, Uitkoff öz oğlunu itirdiyi üçün bu hadisəni geosiyasətdən kənar, daha şəxsi bir məqam kimi görüb.
Mehriban Yariyeva
10:58 21.08.2025
Oxunuş sayı: 727