“Soyuz-2.1b” bioloji materialla kosmosa buraxılıb
Rusiyanın “Soyuz-2.1b” raketi bioloji material daşımaq məqsədilə kosmosa göndərilib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Aparılan missiya çərçivəsində 75 siçan, 1,5 min meyvə milçək (drozofila), müxtəlif bitkilər, toxumlar və göbələklər orbitə çıxarılıb.
Məqsəd çəkisizlik və radiasiyanın canlı orqanizmlərə təsirini öyrənməkdir.
Nigar Rəhimova
10:06 21.08.2025
Oxunuş sayı: 5476