Türkiyə və Suriya XİN rəhbərləri arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Suriyanın xarici işlər naziri Feysəl əl-Şibani arasında telefon danışığı baş tutub. Danışıq zamanı Fidan İsrailin Suriyanın cənubuna və Dəməşqə endirdiyi hava zərbələrindən narahat olduğunu bildirib.
Crossmedia.az bildirir ki, Hakan Fidan bu hücumların regional təhlükəsizliyi sarsıtdığını və Suriyada sabitliyi təmin etməyə yönəlmiş səylərə mane olduğunu vurğulayıb. O, bu cür müdaxilələrin dərhal dayandırılması çağırışı edib.
Sonradan Fidan İordaniya xarici işlər naziri Ayman Safadi və ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Nikolas Barrakla da danışıqlar aparıb.
Mehriban Yariyeva
11:00 17.07.2025
Oxunuş sayı: 674