Əfqanların İrana qəzəbi: deportasiya boykot kampaniyasını alovlandırdı

Əfqan qaçqınların İrandan zorakılıqla qovulması prosesinin kəskin artması sosial şəbəkələrdə etirazlara səbəb olub.
Crossmedia.az Xarici mediaya istinadən bildirirki, bir sıra əfqan sosial media istifadəçiləri və vətəndaş cəmiyyəti fəalları “İran mallarının boykot edilməsi milli tələbdir” həştəqi ilə İran məhsullarının boykot kampaniyasına start veriblər.
Əfqanıstan İran mallarının ən böyük idxalçılarından biri sayılır. Bu kampaniya, sosial mediada bəzi iranlıların “Əfqan qaçqınların deportasiyası milli tələbdir” həştəqi ilə apardığı kampaniyaya cavab olaraq təşkil olunub.
20:12 16.07.2025
Oxunuş sayı: 799