İsrail Dəməşqdə prezident sarayı, Müdafiə Nazirliyi və Baş Qərargahın binası istiqamətində hava zərbələri endirib

İsrail ordusu Suriyada bir günlük əməliyyatlara başlayıb və Dəməşqdə Əməvi meydanını bombalayıb.
Crossmedia.az xəbər verir ki, İsrail Suriya prezident sarayı, Müdafiə Nazirliyi və Baş Qərargahın binası istiqamətində hava zərbələri endirib. Binalar İsrail tərəfindən tamamilə dağıdılıb.
İsrail ordusu Suriya ilə vəziyyətin gərginləşməsi fonunda iki diviziyanı Qolan təpələrinə köçürməyə hazırlaşır, bir neçə gün davam edəcək döyüşlər gözlənilir.
İsrail, Dəraa və Şamın ətraf bölgələrinə də hücumlar həyata keçirib. Əs-Suveydada druzlar İsrail bayrağı qaldırıblar.
Yaxın dəqiqlərdə Suriya prezidenti Əhməd əş-Şaraanın xalqa müraciət edəcəyi bildirilib.
Türkiyənin Suriyada bütün bazaları hazır vəziyyətə gətirilib.
18:15 16.07.2025
Oxunuş sayı: 1266