ABŞ Cənubi Qafqazda sülhün təşviqi və səylərini dəstəklədiyini bildirib

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.
Crossmedia.az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu gün Əbu-Dabidə keçirilən görüşlə bağlı sualı cavablandırarkən deyib.
"Biz Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik. Vaşinqton müvafiq KİV-lərin məlumatlarını izləyir. Hazırda xəbər verəcək əlavə məlumatımız yoxdur", - o deyib.
T.Bryus ABŞ-nin hazırkı administrasiyasının mövqeyini də qeyd edib:
"Bildiyiniz kimi, Prezident (Donald-red) Tramp və dövlət katibi Marko Rubionun yanaşması öz sözünü deyir. Amerika liderinin Nazirlər Kabinetinin son iclasındakı bəyanatları bu administrasiyanın sülhə sadiq olduğunu açıq şəkildə göstərdi", - o, fikirlərini yekunlaşdırıb.
00:55 11.07.2025
Oxunuş sayı: 1392