CNN: İranın raketləri Qətər və İraqdakı ABŞ bazalarına yönəlib

ABŞ hərbi qüvvələri İrandan buraxılan və Qətər ilə İraqdakı ABŞ obyektlərinə yönəlmiş bir neçə raketin hərəkətini izləyir.
Crossmedia.az CNN istinadən xəbər verir ki, məlumata görə, hazırda Pentaqon rəhbəri Pit Hegset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Dən Keyn Ağ Evin Situasiya otağında vəziyyəti təcili şəkildə təhlil edirlər.
Ağ Ev və müdafiə nazirliyindən yüksək rütbəli rəsmilər də Qətərdə yerləşən Əl-Udeyd aviabazasına qarşı mümkün təhdidləri yaxından izlədiklərini təsdiqləyiblər. Bu baza ABŞ-nin Yaxın Şərqdəki ən iri hərbi obyektidir.
CNN xatırladır ki, prezident Donald Tramp cəmi bir ay əvvəl — mayın 17-də Əl-Udeyd bazasına səfər edib. Bu, 2003-cü ildən bəri vəzifədə olan ABŞ prezidentinin bazaya ilk rəsmi səfəri idi. Tramp səfər zamanı belə demişdi: “Amerikanın təhlükəsizliyini, gücünü və azadlığını təmin edən insanlara baş çəkmədən, Fars körfəzinə heç bir səfər tam sayıla bilməz”.
Mədinə Cəlilova
05:24 24.06.2025
Oxunuş sayı: 1021