“Neftçi” Avropa Kubokunda növbəti sınağına çıxır
"Neftçi" basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti matçına çıxacaq.
Crossmedia.az-a xəbər verir ki, H qrupunda yer alan Bakı təmsilçisi II turda Latviyanın VEF kollektivini qəbul edəcək.
Qarşılaşma "Sərhədçi" İdman Mərkəzində, saat 19:00-da start götürəcək.
Qeyd edək ki, "Neftçi" ilk görüşdə Yunanıstan təmsilçisi "Mikonos"a məğlub olub - 58:78.
10:52 14.10.2026
Oxunuş sayı: 58