Trampın dəstəyi azalır, İran təhlükəsi amerikalıları narahat edir

Reuters/Ipsos tərəfindən keçirilən son rəy sorğusuna görə, prezident Donald Trampın reytinqi 41%-ə düşüb. Bu göstərici onun cari dövrdəki ən aşağı ictimai dəstəyini əks etdirir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, sorğu nəticələrinə əsasən, amerikalıların 79%-i İranın ABŞ-nin mülki vətəndaşlarını hədəfə ala biləcəyindən ciddi narahatlıq keçirir.
Respondentlər həmçinin Yaxın Şərqdə artan gərginliyin və ABŞ-İran münasibətlərindəki qeyri-müəyyənliyin daxili təhlükəsizlik və sabitlik baxımından risk yaratdığını bildiriblər.
04:00 24.06.2025
Oxunuş sayı: 1045