İran rəsmisi: ABŞ hücumları davam edərsə, cavab tədbirləri dayandırılmayacaq

Reuters agentliyi yüksək rütbəli İran rəsmisinə istinadən bildirib ki, İran ABŞ-nin hücumlarına cavab olaraq hərbi tədbirləri davam etdirməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, rəsminin sözlərinə görə, regionda gərginliyin azaldılması yalnız İsrail və ABŞ-nin hücumlarını dayandırması halında mümkündür.
“Əgər onlar danışıqlara can atırlarsa, ilk növbədə İsrail və ABŞ-nin təcavüzkar hərəkətləri dayandırılmalıdır”, – deyə rəsmidən sitat gətirilib.
O, həmçinin əlavə edib ki, İran təcavüzkar tərəfi cəzalandırdıqdan sonra diplomatik danışıqlara başlamaq üçün kifayət qədər siyasi iradə və rasionallığa malikdir.
03:00 24.06.2025
Oxunuş sayı: 779