ABŞ hərbi bazası minaatanla vuruldu

ABŞ-nin Suriyadakı hərbi bazasına hücum edilib
Crossmedia.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ qüvvələrinin nəzarətində olan hərbi baza minaatan mərmiləri ilə atəşə tutulub. Hücumun kim tərəfindən və hansı istiqamətdən həyata keçirildiyi hələlik məlum deyil.
Hadisədən dərhal sonra ABŞ hərbçiləri yüksək hazırlıq rejiminə keçib. Təhlükəsizlik məqsədilə əraziyə bir neçə hərbi helikopter göndərilib və bazanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
21:07 23.06.2025
Oxunuş sayı: 895