İsrail Livanın cənubunu bombalayıb

İsrail ordusu Livanın cənubuna növbəti dəfə hava hücumu təşkil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Livan mətbuatı məlumat yayıb.
Bildirilir ki, hücum nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
İsrail hərbçiləri Zrariye, Kfrar Milki və Ənsar kəndlərinin ətraf ərazilərini hədəf alıblar.
Qeyd edək ki, bu, İsrailin ötən ilin noyabrın 27-də Livanla əldə olunmuş atəşkəsi yenidən pozması anlamına gəlir.
20:37 23.06.2025
Oxunuş sayı: 754