WSJ: “Tramp İrana hücum planını təsdiqləyib”

ABŞ prezidenti Donald Tramp iki gün öncə axşam öz müavinlərinə İrana hücum planlarını təsdiqləyəcəyini deyib, ancaq o, İranın nüvə proqramından əl çəkib-çəkməyəcəyini görmək üçün bu addımı təxirə salıb.
Crossmedia.az xəbər verir ki , bu barədə “The Wall Street Journal”-ı məlumat verib.
Məlumata görə, Tramp Ağ Evdə İrana hücum qərarının mümkünlüyü ilə bağlı suala cavab olaraq bildirib: "Bəlkə bunu edəcəm, bəlkə də etməyəcəyəm. Nə edəcəyimi heç kim bilmir".
Qəzetdə qeyd olunub ki, Pentaqon Yaxın Şərqə hərbi texnika və qüvvə yerləşdirmənin sırf müdafiə xarakteri daşıdığını desə də, bu addım Donald Trampın İrana hücum qərarı anlamına gələ bilər.
17:36 19.06.2025
Oxunuş sayı: 660