İngiltərə klubları Dion-Dreno Belyo ilə maraqlanırlar
İngiltərə klubları Xorvatiyanın "Dinamo" komandasının futbolçusu Dion-Dreno Belyo ilə maraqlanırlar.
Crossmedia.az "TEAMtalk"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem", "Everton" və "Brentford" 24 yaşlı hücumçunu izləyir.
Premyer Liqa təmsilçiləri xorvatiyalı forvardın inkişafını izləyirlər və onun haqqında məlumat toplayırlar.
Xatırladaq ki, Dion-Dreno Belyo bütün yarışlarda meydana çıxdığı 13 oyunda 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Zaqreb klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.
14:58 14.10.2026
Oxunuş sayı: 52