Türkiyə lideri Azərbaycan xalqına təşəkkür edib

Allah otuz ildən sonra Qarabağın azadlığa qovuşmasını bizə göstərdi.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılış mərasimində danışıb.
O, üç həftə Laçında olduğunu, oradakı aeroportun açılışında iştirak etdiyini diqqətə çatdırıb:”İnşallah, Qarabağda bu işlər davam edəcək”.
Türkiyə lideri, həmçinin 15 iyun- Milli Qurtuluş Günü münasibətilə bir daha Azərbaycanı təbrik edib və göstərilən həmrəyliyə görə Azərbaycan xalqına təşəkkür edib.
Kənan Novruzov
17:00 19.06.2025
Oxunuş sayı: 889