İran XİN rəhbəri İƏT iclasında iştirak edəcək

İranın xarici işlər naziri Abbas Əraqçı şənbə günü İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) iclasında iştirak edəcək. Bununla bağlı, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü açıqlama verib.
Bu barədə Crossmedia.az IRNA-ya istinadən məlumat verir.
Məlumata görə, İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 51-ci xüsusi iclasında İsrailin İrana son zərbələri ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.
15:23 19.06.2025
Oxunuş sayı: 636