Ceyhun Bayramov Kanadalı həmkarı ilə telefon danışığı edib

Kanada vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir Ceyhun Bayramov, öz növbəsində, Kanada nazirini bu vəzifəyə təyinatı münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
09:53 19.06.2025
Oxunuş sayı: 546