İsrail Fordo nüvə obyektinə komando əməliyyatı planlaşdırır – ABŞ qərarsızdır

İsrail rəsmiləri hesab edir ki, ABŞ prezidenti Donald Tramp növbəti dəfə də hakimiyyətə gələrsə, Vaşinqton İranın nüvə obyektlərinə zərbə endirilməsi qərarını dəstəkləyə bilər. Lakin rəsmi Tel-Əviv ABŞ-nin bu məsələdə tərəddüd etməsi halında alternativ addımlar atmağı planlaşdırır. İsrailin mümkün senarilərindən biri kimi, İranın Fordo şəhərindəki nüvə obyektinə qarşı quru əməliyyatı – komando basqını nəzərdən keçirilir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin ABŞ-dakı səfiri Yeçiel Leyter də son çıxışlarında İsrail Müdafiə Qüvvələrinin (IDF) yalnız hava zərbələri ilə kifayətlənmədiyini vurğulayıblar. Onlar hərbi variantların daha geniş spektrini, o cümlədən quru əməliyyatlarını da nəzərdə tutduqlarına eyham vurublar.
ABŞ-ın gələcək mövqeyindən asılı olmayaraq, İsrailin İranın nüvə proqramının qarşısını almaq üçün müstəqil və daha sərt tədbirlər görməyə hazır olduğu bildirilir.
Fatimə Nəbiyeva
09:25 19.06.2025
Oxunuş sayı: 741