Kəlbəcərdə traktorun minaya düşməsinin bəzi təfərrüatları məlum olub

Kəlbəcərdə traktorun minaya düşməsinin bəzi təfərrüatları məlum olub.
Crossmedia.az xəbər verir ki, minaya düşən traktor Kəlbəcər rayonunda kəndarası yolun çəkilişini aparan şirkətlərdən birinə məxsus olub. Elə hadisə də görülən iş zamanı qeydə alınıb.
Qeyd edək ki, xəsarət alan 1989-cu il təvəllüdlü R.Əsədov xəstəxanaya yerləşdirilib. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş hesab edilir.
21:14 01.06.2025
Oxunuş sayı: 1758