Roma Papası Rusiya və Ukrayna arasında danışıqların başlanmasını alqışlayıb

Papa XIV Leo Rusiya ilə Ukrayna arasında İstanbulda birbaşa danışıqların başlanmasını müsbət qarşılayıb. O, bu prosesi Ukraynada “ədalətli sülh”ün əldə olunması yolunda mühüm addım kimi qiymətləndirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Pontifik həmçinin Qəzza zolağında davam edən humanitar vəziyyətə diqqət çəkərək, bölgədə sağ qalanların blokada və hərbi əməliyyatlar nəticəsində aclıq təhlükəsi ilə üz-üzə qaldığını bildirib. O, beynəlxalq ictimaiyyəti bölgədəki humanitar böhrana təcili reaksiya verməyə çağırıb.
Mədinə Cəlilova
18:57 18.05.2025
Oxunuş sayı: 568