Luvr muzeyində Fars körfəzinin adından “fars” sözü silinib

Fransanın Luvr muzeyində Fars körfəzinin adının dəyişdirilməsi ilə bağlı video yayılıb. Kadrlarda körfəzin adından “fars” sözünün çıxarıldığı görünür.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, dəyişiklik ABŞ prezidenti Donald Trampın Fars körfəzinin adının dəyişdirilməsinə dair çağırışından sonra baş verib.
Qeyd edək ki, bu cür dəyişiklik ilk dəfə “Google Maps” platformasında qeydə alınıb. Bəzi istifadəçilər xəritədə Fars körfəzinin adının “Ərəb körfəzi” olaraq göstərildiyini bildiriblər.
20:46 14.05.2025
Oxunuş sayı: 605