ABŞ-da Trampın reytinqi artıb

ABŞ prezidenti Donald Trampın ölkə vətəndaşları arasındakı ümumi bəyənmə reytinqi son bir həftə ərzində 2 faiz bəndi, iqtisadi siyasətlərinə görə isə 3 faiz bəndi yüksəlib.
Bu barədə Crossmedia.az sorğu nəticələrinə istinadən xəbər verir.
Məlumata görə, amerikalıların 44 faizi Trampın fəaliyyətini müsbət qiymətləndirir. Respondentlərin 39 faizi isə onun iqtisadiyyatı idarə etməsindən razıdır. Ötən həftə bu göstəricilər müvafiq olaraq 42 və 36 faiz olub.
Sorğu həmçinin göstərib ki, ABŞ ictimaiyyətinin tənəzzüllə bağlı narahatlığı azalsa da, yüksək səviyyədə qalır. Belə ki, respondentlərin 69 faizi iqtisadi geriləmədən, 60 faizi isə fond bazarındakı qeyri-sabitlikdən narahat olduqlarını bildiriblər. Aprelin ortalarında bu göstəricilər müvafiq olaraq 76 və 67 faiz təşkil edib.
20:09 14.05.2025
Oxunuş sayı: 494