Tramp Suriya prezidentini təriflədi

ABŞ prezidenti Donald Tramp Suriya prezidenti Əhməd əş-Şaraa barədə qalmaqallı fikirlər səsləndirib. Trampın sözlərinə görə, hazırda ABŞ-da terrorçuluqda şübhəli bilinərək axtarışda olan əş-Şaraa “gənc, cəlbedici və mürəkkəb keçmişə sahib” bir şəxsdir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Tramp bildirib ki, Səudiyyə Ərəbistanında Əhməd əş-Şaraa ilə keçirdiyi görüş “çox yaxşı” keçib: “Onda potensial var – o, əsl liderdir. Vəziyyəti nəzarətdə saxlamaq onun həqiqətən də gücündədir”.
Qeyd edək ki, Əhməd əş-Şaraa ABŞ hüquq-mühafizə orqanları tərəfindən terror fəaliyyəti ilə bağlı axtarışa verilib. Trampın bu cür müsbət yanaşması isə beynəlxalq ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Nigar Rəhimova
19:58 14.05.2025
Oxunuş sayı: 512